anews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, təxminən 5 günə çimərlik mövsümü bağlanacaq. Lakin mövsümün son günlərini dəyərləndirənlər heç də az deyil.
Müşahidələrimiz onu deməyə əsas verir ki, həm özəl çimərliklər, həm də girişi pulsuz olan məkanlar müştəri sarıdan korluq çəkmir. Hətta bəzi çimərliklərdə çalışanlar deyirlər ki, bəzən gecə yarısına qədər xidmət göstərirlər.
İstirahətə gələnlər isə hava şəraitinə baxmayaraq, dəniz suyunun temperaturunun onları qane etdiyini deyirlər. Hətta bəziləri yalnız yay mövsümünün sonunda çimərliyə gəldiyini söyləyir.
Ümumiyyətlə, hər il sentyabr ayının 15-i çimərlik mövsümü başa çatır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !