Ümumrespublika Təmizlik Marafonu çərçivəsində "Xəzəri qoruyaq" devizi altında mövsümün sonuncu kütləvi təmizlik aksiyası Xəzərin Novxanı sahilində keçirilib.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu dəfə "Xəzər həftəsi" ərəfəsində təşkil olunan maarifləndirici aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və özəl qurumların təmsilçiləri, könüllü gənclər təşkilatlarının üzvləri, həmçinin tanınmış ictimaiyyət nümayəndələri iştirak edib, aksiya zamanı dəniz sahilindən 3 ton tullantı təmizlənərək daşınıb.
Qeyd edək ki, "Təmiz ölkəm” devizi altında davam edən Ümumrespublika Təmizlik Marafonuna may ayından start verilib, təmizlik aksiyaları hər həftənin 4 və 6-cı günləri ölkənin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !