Bu gün Bakının “Məhsul” stadionunda Milli Şuranın təşəbbüsü ilə mitinq keçirilir.
“Qafqazinfo”nun mitinqi izləyən əməkdaşının verdiyi məlumata görə, stadionuna toplaşanların əsas tələbi siyasi məhbus hesab olunan şəxslərin azad olunmasıdır. Aksiyada 1000-ə yaxın adam iştirak edir.
Mitinqə İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn, Gülağa Aslanlı, Eldəniz Quliyev kimi siyasətçilər qatılıb.
Qeyd edək ki, bugünkü mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Qafqazinfo
Bizi sosial şəbəkələrdə izləyin !