Müxalifət İstanbula gedir

11:32 | 17.04.2015
Müxalifət İstanbula gedir

Müxalifət İstanbula gedir

Azərbaycan müxalifət nümayəndələrinin rəhbərləri İstanbula yola düşüb. 

"Qafqazinfo” xəbər verir ki, MSDM-in rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bu barədə sosial şəbəkədə foto paylaşıb. 

Müxalifət nümayəndələri Dünya Azərbaycanlıları Konqresinin İstanbulda keçiriləcək 13-cü qurultayında iştirak edəcəklər. Fotodan da göründüyü kimi, qurultaya  Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn də dəvət olunub.  

İ. Qəmbər yazıb ki, onları qurultaya DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dəvət edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM