Müxalifət lideri əməliyyat olundu

13:20 | 29.11.2013
Müxalifət lideri əməliyyat olundu

Müxalifət lideri əməliyyat olundu

 İran müxalifətinin liderlərindən biri, heç bir məhkəmə qərarı olmadan üç ildən çoxdur, ev dustaqlığında saxlanılan Mehdi Kərrubi cərrahiyyə əməliyyatı keçirib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə onun oğlu Məhəmmədhüseyn Kərrubi noyabrın 28-də açıqlama verib. Onun sözlərinə görə, ötən həftə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) həkimləri bel fəqərələrindəki ağrıların təkrarlanmasından sonra M.Kərrubiyyə diz arterozu və kəskin mədə-bağırsaq ishalı diaqnozu qoyaraq Tehranın Lalə xəstəxanasına köçürüblər: “Atam üç gün əvvəl xəstəxanada dizindən əməliyyat olunub və daha sonra yenidən ETTELAAT-a geri qaytarılıb”. Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmasının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM