Ukrayna müxalifətinin liderlərinin adları 109-cu maddə (dövlət hakimiyyətini ələ keçirmə) ilə qaldırılan cinayət işində keçir.APA-nın xəbərinə görə, bunu “Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk deyib. A. Yasenyuk bildirib ki, cinayət işində onun, “Svoboda” lideri Oleq Tyaqnibokun, “Batkivşina”nın liderlərindən biri Aleksandr Turçinovun və daha 8 nəfərin adı keçir. Ukrayna Baş Prokurorluğu isə hələlik bu faktı təsdiq etməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !