Müxalifət spikeri iş yerinə buraxmadı

18:36 | 06.12.2013
Müxalifət spikeri iş yerinə buraxmadı

Müxalifət spikeri iş yerinə buraxmadı

Ukrayna Ali Radasında bu gün səhər iclası spiker Vladimir Rıbakın rəyasət heyətindəki yerinə buraxılmaması səbəbindən baş tutmayıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, parlament zalına girib Regionlar Partiyası fraksiyasının deputatları ilə söhbətləşdikdən sonra tribunanı və rəyasət heyətini mühasirəyə alan müxalifət nümayəndələrinə yaxınlaşıb. Amma müxalifət deputatları onu rəyasət heyətindəki stoluna buraxmayıblar. “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk isə elə qışqıraraq deyib: “Parlament sədri xalqın tərəfinə keçdi!”

Beləliklə, parlament artıq üçünücü gündür ki, işləyə bilmir.   

Modern.az   

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti