Myanmada mobil internet dayandırıldı

16:23 | 06.02.2021
Myanmada mobil internet dayandırıldı

Myanmada mobil internet dayandırıldı

Myanmada hərbi xunta mobil internetə çıxışı dayandırıb. 

Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, çevrilişlə hakimiyyəti ələ keçirən hərbi xunta davam edən etirazlara qarşı belə bir qərar qəbul edib.

Bildirilib ki, Myanma Nəqliyyat və Kommunikasiya Nazirliyi mobil internet təminatı ilə məşğul olan şirkətlərə internetin dayandırılması təlimatı verib.

Təlimat "ölkənin sabitliyi və ictimai maraqları qorumaq üçün yalan xəbərlərin qarşısını almaq üçün” kimi xarakterizə edilib.

O da qeyd edilib ki, mobil internet dayandırılsa da, səs və mesaj xidmətləri göstəriləcək.

Qeyd edək ki, Myanmada fevralın 1-də ordunun hökuməti ələ keçirməsindən sonra ölkədə etirazlar başlayıb. Hərbi xunta aksiyaların təşkilinin qarşısını almaq üçün "Facebook”, "Twitter” və "Instragram” kimi sosial şəbəkələrə məhdudiyyət qoyub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb