Ön cəbhədə müəllifin imza günü keçirildi

16:16 | 02.01.2014
Ön cəbhədə müəllifin imza günü keçirildi

Ön cəbhədə müəllifin imza günü keçirildi

Ermənistanla ön cəbhədə yerləşən hərbi hissədə millət vəkili Qənirə Paşayevanın imza mərasimi keçirilib.

 

Q. Paşayeva qeyd edib ki, əsgərlərlə görüşdən, onlar üçün kitab imzalamaqdan həmişə məmnun olub. Hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov bildirib ki, bayram günlərində belə bir tədbirin keçirilməsi və müəllifin imzası ilə verilən hədiyyə kitablar əsgərlərin həyatında əlamətdar hadisədir. M.Barxudarov Qənirə Paşayevaya “Fəxri Fərman” təqdim edib.  

 

Millət vəkili “Fəxri Fərman”la təltif edildiyi üçün Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirib: “Ön cəbhədə Silahlı Qüvvələrimiz tərəfindən “Fəxri Fərman”a layiq görülmək həyatımda yaşadığım ən duyğulu anlarımdan biri oldu. Əslində “Fəxri Fərman”a layiq olacaq qədər çox iş gördüyümü düşünmürəm. Mən sadəcə bir millət vəkili, bir azərbaycanlı və bir vətəndaş olaraq üzərimə düşən vəzifələri bir az da olsa, yerinə yetirməyə çalışıram. Çünki düşünürəm ki, bizim hər birimiz hər zaman ordumuzun yanında olmalı, əlimizdən gəldiyi qədər hər zaman ona dəstək olmalıyıq”.

 

Tədbirin sonunda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb