Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

10:24 | 04.05.2020
Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

Bir sözü ilə şou gündəmini çalxalayan müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə dəm-dəstgahlı məclis qurub.

Oxu.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanımla 27-ci evlilik ildönümlərini qeyd ediblər.

Cütlük üzərində "27 il” yazılan tortu kəsərək xoşbəxt günlərinin sevincini doğmaları ilə bölüşüblər.

Bu anları Nadir "27 il bir yerdə” başlığı ilə sosial media hesabında paylaşıb.

Diqqət çəkən məqam isə N.Qafarzadənin karantin rejimi qaydalarını yaddan çıxararaq, əməl etməməsi olub. Belə ki, düzənlənən məclisdə evdə beşdən çox insanın kamerada görünməsi sosial məsafə anlayışını darmadağın edib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb