Nazir müavini Natiq Əmirov: 2016-cı il vergi ödəyiciləri və Vergilər Nazirliyi üçün imtahan ili olacaq
Azərbaycanda 2017-ci ildə nağdsız ödənişlərin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. "Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Natiq Əmirov bildirib.
N.Əmirov qeyd edib ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün edilmiş dəyişikliklərə əsasən, 2016-cı il vergi ödəyiciləri və Vergilər Nazirliyi üçün bir imtahan ili olacaq.
Nazir müavininin sözlərinə görə, nağdsız əməliyyatların stimullaşdırılması üçün Nazirlik artıq 4 ildir təkliflər verir. Aksiz markası ilə markalanmalı olan bəzi məhsulların nağdsız satışı ilə bağlı tələb də məhz buna xidmət edir. Hazırkı dəyişikliyə əsasən, fizki şəxslər tərəfindən tütün məhsullarının nağd yolla alınmasında məhdudiyyət yoxdur. Ancaq sahibkarlar isə tütün məhsullarını yalnız nağdsız əməliyyatla əldə edə bilər.
Alkoqollu içkilərin nağd alınması ilə bağlı inzibati cəza isə ictimai iaşə obyektlərində süzülmüş formada satılan alkoqollu içkilərə şamil edilmir.
O bildirib ki, aksiz markası ilə markakanmalı olan məhsulların nağdsız satışı ilə bağlı heç bir problem yoxdur: "Hazırda ölkədə 84 min POS-terminal
mövcuddur".
Fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştdə dəyişiklik 500 mindən artıq adamı əhatə edecek və 120 mln. manata yaxın vəsaitin vətəndaşların sərəncamında qalması deməkdir.
Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanunun əsas istiqamətləri - fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişlənidirilməsi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılması, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hüquqi şəxslərin əmlak vergisi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması və s. məsələri əhatə edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !