Naftalanın kurort kimi fəaliyyəti üçün əsasnamə hazırlanır

12:01 | 29.10.2024
Naftalanın kurort kimi fəaliyyəti üçün əsasnamə hazırlanır

Naftalanın kurort kimi fəaliyyəti üçün əsasnamə hazırlanır

Naftalan şəhərinin kurort kimi fəaliyyət göstərməsi üçün əsasnamə hazırlanır. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf İmkanları” adlı tədbirdə bildirib.

"Naftalan nefti ölkənin təbii müalicə ehtiyatları arasında 1-ci yerdə dayanır. Onun müxtəlif xəstəliklər zamanı müalicəyə müsbət təsiri var. Ölkədə fəaliyyət göstərən müalicə-sağlamlaşdırıcı müəssisələrin yarısı Naftalandadır. Odur ki, Naftalanı Azərbaycan brendi kimi dünyaya tanıtmaq lazımdır. Bunun üçün yalnız reklam kifayət deyil. İnsanları inandıracaq sübutlar, elmi nəşrlər lazımdır. Mövcud nəşrlər sovet dövrünə aid olduğu üçün aktuallığını itirib, çünki yeni elmi müalicə üsulları ortaya çıxıb. Naftalan neftinin insan sağlamlığına təsiri, bu təsirlərin araşdırılması və beynəlxalq elmi məqalələrdə bu mövzuların işıqlandırılması çox effektiv olacaq.” –  nazir müavini əlavə edib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti