Nalbandyan Türkiyəni növbəti dəfə düşmən adlandırdı

14:41 | 12.12.2014
Nalbandyan Türkiyəni növbəti dəfə düşmən adlandırdı

Nalbandyan Türkiyəni növbəti dəfə düşmən adlandırdı

"Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır deyil”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Edvard Nalbandyan mətbuat konfransında bildirib.

O, türkiyəli həmkarı Mövlud Çavuşoğlunun bəzi şərtlər daxilində Ermənistanın regional layihələrə cəlb olunmasının mümkünlüyü barədə açıqlamasını şərh edərkən rəsmi Ankaranın ünvanına sərt ittihamlar səsləndirib.

"Diplomatik əlaqələr qurmadan, Ermənistanla sərhədləri bağlı saxlayan, soyqırımı inkar siyasəti yürüdən və ümumiyyətlə, Ermənistana və erməni xalqına aid məsələlərdə düşməncəsinə davranan ölkə ilə əməkdaşlıq etmək olarmı? Nə zaman ki, Türkiyə öz üzərinə düşən vəzifələri yerinə yetirər, onda əməkdaşlıq münasibətləri barədə danışa bilərik”, - deyə E.Nalbandyan əlavə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti