Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağı ilə bağlı siqnal verib

18:24 | 19.09.2017
Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağı ilə bağlı siqnal verib

Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağı ilə bağlı siqnal verib

Ermənistan XİN başçısı Altıncı ümumerməni "Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən deyib ki, o ərazilərin qaytarılmasından söhbət gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz.

Edvard Nalbandyanın səsləndirdiyi fikirləri politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a şərh edib:

"Danışıqlar rəsmi Moskvanın dəstəyi ilə çox intensiv şəkildə həyata keçirilir. Bu məsələlər uzun müddət idi ki, gündəmə gəlirdi. ATƏT-in Minsk qrupu, Türkiyə, Avropa dövlətləri və ABŞ Dağlıq Qarabağ probleminin həllində bir o qədər gücə, təsirə malik deyil, nəinki Rusiya. Son illər müşahidələr onu göstərir ki, Rusiya ilə Azərbaycan tərəfi birgə iş görməyə başlayıb. Bu əslində təqdirəlayiq haldır. Bu işbirliyində ehtiyatlı olmaq lazımdır. Ancaq çox əlamətdar haldır ki, Rusiya siyasi rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sözün həqiqi mənasında sülh yolu ilə həll edilməsi istiqamətində öz maraqlarını artıq praktik işlə göstərməyə çalışır.

Aydın məsələdir ki, Rusiya məqsədlərinə, maraqlarına zidd hansısa hərəkətlərin baş verməsinə icazə verməyəcək. Rusiyanın istəyi odur ki, NATO regiona, Xəzər hövzəsinə girməsin, İrana qarşı Azərbaycandan hansısa bir formada istifadə olunmasın, Şimali Qafqazda separatizm baş alıb getməsin və bu separatizmdə Qafqaz ölkələrindən istifadə edilməsin. Rusiyanın özünün maraqları var və kimsə düşünməsin ki, rəsmi Moskva kiminsə qara qaşına, qara gözünə aşiq olub.

Edvard Nalbandyanın bəyanatındakı səmimiliyə gəldikdə isə politoloq bildirdi ki, Edvard Nalbandyan Ermənistanın xarici işlər naziridir və o erməni maraqlarından çıxış edir:

"O, bir addım da Ermənistan maraqlarından geri çəkilməyəcək. Çox güman ki, Edvard Nalbandyan və Ermənistan siyasi rəhbərliyinə çox ciddi təzyiq var. Rusiya xarici siyasətində 100 qanad varsa, Ermənistan biridir. 99 qanad güc gələndə 1 qanad da güzəştə gedilir. Ola bilsin ki, danışıqların gedişində müəyyən qarantiyalar almaq istəyirlər. Heydər Əliyev dəfələrlə çıxışlarında bildirmişdi ki, Dağlıq Qarabağa ən yüksək muxatriyyət statusu verə bilərik. Rusiya isə istəyir ki, Azərbaycan Avrasiya birliyində, Gömrük birliyində təmsil olunsun. Şanxay əməkdaşlıq təşkilatı nə qədər Çinin layihəsi olsa da, Rusiya Azərbaycanı orada görmək istəyir.

Dağlıq Qarabağ problemi ilə bağlı ç
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM