Nalbandyan: "Mövqelərin yaxınlaşması üçün kiçik addım atılıb"

13:12 | 28.10.2014
Nalbandyan: "Mövqelərin yaxınlaşması üçün kiçik addım atılıb"

Nalbandyan: "Mövqelərin yaxınlaşması üçün kiçik addım atılıb"

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü faydalı adlandırıb. APA-nın Ermənistan saytlarına istinadən verdiyi xəbərə görə, E. Nalbandyan bildirib ki, görüş zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və tərəflər arasında etimadın möhkəmləndirilməsi müzakirə olunub: "Hesab edirəm ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün kiçik addım atılıb”. Nazir qeyd edib ki, bu, çətin prosesdir və bir-iki görüşdən sonra önəmli dəyişikliklər gözləmək lazım deyil: “Görüşlər faydalıdır, onlar prezidentlərə bir-birinin mövqeləri ilə tanış olmaq üçün imkan yaradır. Bu baxımdan görüşü müsbət qiymətləndirirəm. Prezidentlər səviyyəsində təsdiq olundu ki, sülh danışıqlarının alternativi yoxdur və bu istiqamətdə irəliləməliyik”. E. Nalbandyan deyib ki, növbəti görüşün yeri və vaxtı heləlik müəyyən edilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb