Namiq Xəlilov: "Əsas hədəfimiz sığorta şikayətlərinin azalmasıdır"

14:57 | 06.04.2015
Namiq Xəlilov:

Namiq Xəlilov: "Əsas hədəfimiz sığorta şikayətlərinin azalmasıdır"

"Elə olur ki, zərər çəkmiş vətəndaşla zərər verən vətəndaş arasında anlaşmazlıq yaranır. Bunun əsas səbəblərindən biri müştərilərin əldə etdikləri sığorta təminatı barədə düzgün məlumata malik  olmaması ilə bağıdır." - Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov jurnalistlərə açıqlamasında bu kimi problemlərin tezliklə öz həllini tapacağını  bildirib.

Dövlət Xidmətinin rəisi qeyd edib ki, yeni  "Audoteks” şirkəti yaradılır və bunun da əsas məqsədi sığorta şirkətlərində qiymətləndirmə standartlarını həyata keçirməkdir: "Bunun vasitəsilə sığorta şirkətləri mübahisə doğuran qiymət standartlarını tam şəffaqlıqla öyrənmək üçün bu şirkətə müraciət edəcəklər. Bu şirkət artıq yaxın günlərdə fəaliyyətə başlayacaq. Bu dünya praktikasıdır və biz də bundan yararlanmağa çalışacayıq. Heç kim deyə bilməz ki, sığorta sahəsində bütün problemlər birdəfəlik həll olunacaq. Maliyyə Nazirliyinin 3 illik tədbirlər planında sığorta sahəsinin inkişafı ilə bağlı qanunvericilik bazasına dəyişikliklər edilməsi nəzərdə tutulub. Hər bir sığorta şirkəti rəhbəri şikayətlərin böyüməməsi, problemlərin vaxtında araşdırılması üçün xüsusi işçi təyin edə bilər. Əsas məsələ odur ki, sığorta şirkətləri vətəndaşların şikayətlərinə vaxtında baxsaydı, onların sayı həddindən artıq olmazdı.  Yuxarıda qeyd olunan şirkət " Salera Azerbaycan" adı ilə fəaliyyət göstərəcək və bura sığorta şirkətlərinin qoşulması məcburi olacaq”.

Xidmət rəhbəri onu da qeyd edib ki, şikayətlərin minimum hədd endilməsi üçün Maliyyə Nazirliyinin 3 illik tədbirlər planında sığorta sahəsinin inkişafı ilə bağlı qanunvericiliyə şikayətlərə baxılması qaydaları ilə bağlı əlavələrin olunması nəzərdə tutulub: "Hər bir sığorta şirkətinin direktorlar şurası tərəfindən təsdiq edilmiş şikayətlərə baxılmalıdır. Bunun üçün məsul şəxslər olmalıdır. Məqsədlərimizdən biri odur ki, sığorta şirkətlərinin özlərində şikayətlərə özlərinin baxmasının kefiyyətini artırq”.

N.Xəlilova əlavə edib ki, eyni istiqamətyönümlü şirkət dünyanın 70-ə yaxın ölkəsində fəaliyyət göstərir və oradakı sığorta agentlikləti könüllü olaraq bura qoşulublar: "Çünki bu onlara özləri üçün daha xeyirlidir. Bura sığorta şirkətlərinin məcburi qoşulması ona görə vacibdir ki, bu əməkdaşlıq şirkətlərin mənfəəti üçün sərfəlidir. Bu təkcə sığorta şirkətlərinin deyil, həmçinin şığorta şirkətləri ilə sığortalayan arasında münasibətləri də tənzimləməkdə xeyirli olacaq. Sığorta ödənişlərinin verilməsində, təmir işlərinin aparılmasında şirkətlə sığortalayan şəxs arasında problemləri aradan qaldıracaq”.

Ölkədə manatın məzənnəsinin dəyişilməsinin sığorta şirkətlərinə təsir edib-etməməsi məsələsinə gəlincə, Dövlət Xidmətinin rəisi qeyd edib ki, sığorta şirkətlərinin ehtiyatları və apardıqları maliyyə işləri milli valyuta ilə həyata keçirildiyinə görə heç bir təsir olmayıb.

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM