Namizəd qara maska geyinib MSK-ya getdi – FOTO

14:24 | 21.02.2020
Namizəd qara maska geyinib MSK-ya getdi – FOTO

Namizəd qara maska geyinib MSK-ya getdi – FOTO

31 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd olmuş blogger Mehman Hüseynov bu gün qara maska geyinərək MSK-ya gedib.

"Yeni Sabah" xəbər verir ki, bu haqda o sosial şəbəkədə paylaşım edərək sarkazmla yazıb:

"Səhər tezdən durdum geyinib keçinib, maskamı taxıb getdim MSK nın qarşısına. MSK nın qarşısında bir kruq maskaynan fırlandım. Bir də gördüm ki, muhafizəçilər qaçıblar giriblər binaya, qapıları kilidləyiblər. Polislər ərazidən uzaqlaşıblar. Son məlumata görə, Məzahir Pənahovun şəkəri qalxıb, təcili tibbi yardım çağrıblar..."

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM