Namizəd Razi Nurullayev - Öz zəfərim üçün mübarizə aparıram/VİDEO

12:41 | 07.02.2024
Namizəd Razi Nurullayev - Öz zəfərim üçün mübarizə aparıram/VİDEO

Namizəd Razi Nurullayev - Öz zəfərim üçün mübarizə aparıram/VİDEO

Milli Cəbhə Partiyasının sədri prezidentliyə namizəd Razi Nurullayev növbədənkənar seçkilərdə özünə səs verib. Bu barədə Nurullayev özü açıqlama verib. 
 
"Milli Cəbhə Partiyası olaraq mənim namizədliyim irəli sürülüb. Seçki kampaniyasındada öz mövqeyimi birmənalı olaraq ortaya qoymuşuq. Bu mübarizədir. Ööz zəfərim üçün mübarizə aparıram. Elə hesab edirəm ki, kimə səs verməyiminin cavabı da aydındır", - partiya rəhbəri fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə zamanı anews.az-ın sualına cavab verərkən bildirib.  
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 

 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
 
Aygün Mirakif
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb