“Namusumla işləyib ailəmə baxıram” - FOTOLAR

19:28 | 12.12.2018
“Namusumla işləyib ailəmə baxıram” - FOTOLAR

“Namusumla işləyib ailəmə baxıram” - FOTOLAR

Bu iş mənim uşaqlıq xəyalım idi. Oyuncaqlarımın əksəriyyəti yük maşını olub. Sosial şəbəkələrdə mənə yazırlar ki, sürücü oldun? Namusumla işləyib ailəmə baxıram. Amerikaya aktyor olmaq üçün yox, özümə yeni bir həyat qurmaq üçün gəlmişəm. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri model Günay Musayevanın eks-əri, aktyor Tolqa Karel deyib. O, Türkiyə KİV-nə danışaraq Amerikada sürücü işləməsindən söhbət açıb:
"Mən yük daşıma sektorunda böyümək istəyirəm. Bu sahəni öyrənmək üçün işə başlamışam. Sürücü olmaq üçün 14 ayrı testdən imtahan vermişəm, Fiziki və psixoloji müzakirələrdə iştirak etmişəm. Pilot qədər çətin bir vəzifədir. Evdən çox uzaq məsafələrə gedirəm. Milyon dollarlıq yüklər daşıyıram, riskdir, amma edirəm".
Qeyd edək ki, 2016-cı ildə Sarah Skotti ilə ailə quran Karelin bu nikahdan Mia adlı qızı var. O daha  əvvəl azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onların Cihangir adlı bir oğlu var.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM