Nani “Qarabağ”la oyun üçün məşqlərə başladı

21:48 | 18.09.2018
Nani “Qarabağ”la oyun üçün məşqlərə başladı

Nani “Qarabağ”la oyun üçün məşqlərə başladı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan Portuqaliyanın "Sportinq” klubunun ulduz futbolçusu Nani kollektiv məşqlərə başlayıb.  

Oxu.Az xəbər verir ki, bir müddətdir zədəli olan Portuqaliya millisinin üzvü artıq zədəsini sağaldıb.

31 yaşlı futbolçu "Qarabağ”la görüşdə komandasına kömək edə bilər. Lissabon təmsilçisinin digər aparıcı üzvü Bas Dostun isə "Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi sual altındadır. 29 yaşlı Hollandiya millisinin sabiq hücumçusu müalicəsini davam etdirir.

Xatırladaq ki, "Sportinq” – "Qarabağ” görüşü sentyabrın 20-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM