Nani "Yuventus"un hədəfində

10:30 | 30.12.2013
Nani "Yuventus"un hədəfində

Nani "Yuventus"un hədəfində

"Mançester Yunayted" klubunun futbolçusu Luiş Nani karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu "Yuventus" klubunun maraq dairəsinə düşüb.Turin təmsilçisi yanvar ayında Nani ilə rəsmi danışıqlara başlayacaq. "Yuventus" klubu bu transfer üçün qarşı tərəfə 21 milyon avro təklif edəcək. "Mançester Yunayted"in əsas heyətindən kənarda qalan təcrübəli futbolçunun da "Yuventus"un təklifini müsbət qarşıladığı bildirilir.Qeyd edək ki, Nani bu mövsüm keçirdiyi 9 oyunda cəmi bir qola imza atıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM