İtaliya "Napoli"sinin və Seneqal millisinin futbolçusu Kalidu Kulibali koronavirusla mübarizədə ölkəsinə dəstək verib.
"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi bu məqsədlə yerli xəstəxanalar üçün təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar alıb.
Qeyd edək ki, Kalidu Kulibalinin yay transfer dövründə "Napoli"ni tərk edəcəyi gözlənilir. Onunla İngiltərənin "Mançester Siti" və "Liverpul" klubları maraqlanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !