Müştəriyönümlu strategiyası ilə seçilən "Nar”, təklif
etdiyi məhsul və xidmətlərini abunəçilərdən gələn sorğular əsasında davamlı
olaraq inkişaf etdirir. Mobil operator istifadəçilərin ehtiyac duyduğu əlavə xidmətləri
yüksək keyfiyyətdə təqdim etməklə yanaşı, şirkətin şəffaflıq prinsipinə uyğun
olaraq abunəçilərini istənilməyən qoşulmalardan da qoruyur. Mobil operator arzuolunmaz SMS göndərişləri,
vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr
kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim
edilməməsi üçün lazımi tədbirlər görür. Belə ki, "Nar” abunəçiləri narahat edə
biləcək xidmət göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir. Bu
isə "Nar” abunəçilərinə yalnız şəxsi seçim əsasında ehtiyac duyduqları xidmətləri
aktivləşdirmə imkanı verir.
"Müştərilərimizin istifadə etdikləri
xidmətlər, eləcə də bu xidmətlərə qoşulma üsullarında tam şəffaflığın təmin
edilməsi "Nar”-ın müştəriyönümlü strategiyasının əsas tərkib hissələrindən
biridir. Məqsədimiz müştərilərimizi spam xarakterli arzuolunmaz
qoşulmalardan qorumaqdır. Uzun müddətdir ki, biz bu istiqamətdə çalışırıq və hələ
ötən il işlərimizin böyük bir qismini tamamlamışdıq. Bu gün isə böyük məmnuniyyətlə
bildiririk ki, artıq bu göstəricini sıfır həddinə çatdırmağa nail olmuşuq.
"Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, hər zaman abunəçilərə yüksək
keyfiyyətli xidmət göstərməyə davam edəcək”, - deyə "Azerfon”un Kommersiya İdarəsinin
direktoru Qəhrəman Kazımov bildirib.
Qeyd edək ki, "Nar” həyata keçirdiyi müştəriyönümlü strategiya və təqdim etdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !