Gənclərin peşəkar inkişafına
hər zaman xüsusi diqqət ayıran "Nar”, Azərbaycan Dillər Universitetinin Bakı
Amerika Mərkəzi və "ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə
təşəbbüsü ilə mayın 18-də keçirilən "Karyera
Günü və İş Yarmarkası”nda iştirak edib.
Anews.az xəbər verir ki, tədbir boyu ölkənin nüfuzlu
şirkətlərinin nümayəndələri ilə bilavasitə ünsiyyət qurmaq imkanı əldə edən 200-dən
çox tələbə və məzun, eyni zamanda "Azerfon” MMC-də ("Nar” ticarət nişanı)
mövcud vakant iş yerləri haqqında məlumat alıblar. "Nar”
satış, xüsusi müştərilər, biznesin təhlili üzrə
mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan
başqa, mütəxəssislər tərəfindən aparılan təqdimatlar zamanı gənclərə böyük şirkətlərdə
işləməyin üstünlükləri, əmək bazarının real və tələbkar yanları, karyera
planlaşdırılması, düzgün rezyume hazırlanması və müsahibə mərhələsinə
hazırlıqla bağlı faydalı məlumatlar ötürülüb.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !