“Nar Mobile” abunəçilərin sosial mediadakı bütün sorğularını vahid platformada cəvablandırır

17:43 | 18.02.2015
“Nar Mobile” abunəçilərin sosial mediadakı bütün sorğularını  vahid platformada cəvablandırır

“Nar Mobile” abunəçilərin sosial mediadakı bütün sorğularını vahid platformada cəvablandırır

Mobil operator abunəçilərin sosial media vasitəsilə verdikləri bütün sualları birbaşa cavablandırır, sorğular yerindəcə icra edilir

"Nar Mobile” öz abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərmək üçün daha bir mütərəqqi addım atdı. Belə ki, "Nar”, abunəçilərinə sosial media üzərindən tam əhatəli müştəri xidməti təqdim edən yeganə mobil operator oldu. "Nar Mobile”-ın Müştəri xidmətləri departamentində abunəçilərə sosial media üzərindən birbaşa dəstək vermək üçün xüsusi komanda formalaşdırıldı. Müştərilərə tam və əhatəli dəstəyi nəzərdə tutan xidmət (Full-Fledge Customer Care) özünəməxsusluğu ilə seçilir. Sosial media vasitəsilə (Facebook, Twitter, Instagram və s.) bu xidmətə müraciət edən hər bir abunəçi öz sualına cavab tapmaq üçün daha başqa bir kanala (Çağrı mərkəzi, onlayn yazışma və s.) yönləndirilmir və lazım olan bütün dəstəyi sosial media komandasından tam şəkildə ala bilir.

Bundan əlavə, abunəçilərə yüksəkkeyfiyyətli sosial media dəstəyinin göstərilməsi üçün xüsusi vahid platforma da istifadəyə verildi. Bu platforma sayəsində abunəçilərin sorğuları qısa vaxtda cəvablandırılır, onların müsbət, mənfi və ya neytral şərhləri qeydə alınır. Bütün sosial şəbəkələrdə "Nar”-la ünsiyyət tarixçəsinin analizi nəticəsində hər bir abunəçiyə fərdi yanaşma tətbiq olunur. Bununla yanaşı, proqram vasitəsilə abunəçilər üçün əsas maraq kəsb edən məsələləri müəyyən etmək və sorğuları kateqoriyalara bölmək də mümkündür.

"Nar Mobile” bundan sonra da müştərilərə daha yaxşı sosial media dəstəyi göstərmək üçün sosial şəbəkələrin bütün növ innovativ imkanlarından istifadə etməyə davam edəcəkdir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM