Nar Mobile Bakutel sərgisində yeniliklərini təqdim etdi

21:27 | 02.12.2014
Nar Mobile Bakutel sərgisində yeniliklərini təqdim etdi

Nar Mobile Bakutel sərgisində yeniliklərini təqdim etdi

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və yüksək rütbəli qonaq heyəti "BakuTel-2014” sərgisinin açılışında iştirak edərkən Nar Mobile-ın stendi ilə də tanış oldular.

Azerfon şirkətinin Baş İcraçı Direktoru, C-b Kent Maknili, qonaqlara Nar Mobile stendində təqdim olunan yeniliklər barədə məlumat verdi. Cənab Maknili Nar Mobile-ın Bakı 2015 Avropa Oyunları ilə tərəfdaşlığından bəhs edərək, Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün mobil operator tərəfindən yaradılan texniki imkanlar və texnoloji yeniliklərdən bəhs etdi.

2-5 Dekabr 2014-ci il tarixində keçirilən "BakuTel-2014” sərgisində "Nar Mobile” mobil operatorunun geniş ictimaiyyətə təqdim olunacaq bir neçə konsepsiya və məhsulları mövcuddur. Sərgi zamanı, Nar Mobile stendində müxtəlif yarışmalar keçirilir və yüzlərlə qiymətli hədiyyələr oynanılır. Qeyd etmək lazımdır ki, Nar Mobile stendi Bakutel 2014 sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir.

Bu il "Nar Mobile” öz stendinin dizaynına fərqli yanaşmanı tətbiq edərək, Bakı-2015 Avropa oyunlarına həsr olunmuş xüsusi oyun zonasını yaradıb. 4-gün davam edən sərgiyə gələn qonaqlar üçün müxtəlif virtual oyunları oynamaq və orada istifadə olunan texnologiya sayəsində seçdikləri oyundan asılı olaraq, özlərini real meydançada, yarış yerində və ya digər məkanda hiss etmək imkanı yaradılıb.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. Nar Mobile Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM