• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Nar Mobile”-dan daha bir kampaniya

“Nar Mobile”-dan daha bir kampaniya
21.01.2015 11:57
Mobil operator "Irshad Electronics” ilə birlikdə müştərək layihə başladı

"Nar Mobile” öz tərəfdaşı olan "Irshad Electronics” ilə birlikdə daha bir kampaniyaya start verdi. 15 yanvar 2015-ci ildən etibarən, "Irshad Electronics” mağazalarından "Nar” Sim-kartı ilə təmin edilmiş "FLY Tornado Slim” smartfonu alan hər bir kəs xüsusi güzəştlərdən yararlanır. Belə ki, istifadəçilər "Nar” nömrəsi ilə bərabər aldıqları smartfonun qiymətinin yarıdan çoxunu bonus şəklində geri qazanırlar. Bu məbləğ altı ay boyunca hissə-hissə abunəçinin balansına yüklənir (200 AZN dəyərindəki bonus hər ay 33,33 AZN olmaqla 6 ay ərzində abunəçiyə təqdim edilir).

Bundan başqa, abunəçilər aylıq 250 Mb həcmində İnternet-bonus da əldə edirlər. Bütün bonusları aktivləşdirmək üçün hər ay balansı ən az 5 AZN dəyərində artırmaq kifayət edir.

Daha ətraflı məlumatı bizim "Facebook” səhifəmizdən əldə edə bilərsiniz: https://www.facebook.com/narmobile?ref=br_tf

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol