• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Nar Mobile” dəyərli kitablara endirim fürsəti qazandırır

“Nar Mobile” dəyərli kitablara endirim fürsəti qazandırır
04.02.2015 17:46
Turbo-paketləri aktivləşdirən hər bir "Nar” abunəçisi "Əli və Nino” kitab dükanlarından endirimlər qazanmağa davam edir

Elm və təhsilə, mədəniyyət və maariflənməyə xüsusi diqqət yetirən "Nar Mobile” abunəçilərinin intellektual səviyyəsinin artırılması və maariflənmənin inkişafına nail olmaq üçün daima xüsusi səy göstərir. Kitaba olan sevgini artırmaq, ona dəyər qazandırmaq üçün mobil operator tanınmış kitab mağazaları şəbəkəsi ilə əməkdaşlığını davam etdirir. Belə ki, "Nar” mobil operatorunun "Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə istifadəçilər üçün təqdim etdiyi mükəmməl fürsət məhz bu əzmkarlığın təzahürüdür. Bu əməkdaşlığın nəticəsi kimi öz telefon və ya planşetində turbo-paketləri aktivləşdirən hər bir "Nar” abunəçisi "Əli və Nino” kitab mağazaları şəbəkəsindən endirimlər qazanır.

Xatırladaq ki, kampaniya çərçivəsində "Turbo S” paketini aktivləşdirən abunəçi 25%, "Turbo M” paketini aktiv edən istifadəçi 30%, "Turbo L” paketini aktivləşdirənlər isə 40% endirim əldə edirlər. Endirimdən yararlanmaq üçün aktivləşdirmə SMS-ni "Əli və Nino” kitab dükanlarındakı satış məsləhətçisinə təqdim etmək yetərlidir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol