Yenilik və innovativ dəyişikliklərə hər zaman dəstək verən "Nar Mobile” daha bir layihəyə start verdi. Belə ki, Azərbaycan Respublikası Təhsil nazirliyi, Yüksək texnologiyalar parkı, "Microsoft Azerbaijan” şirkəti və "Nar Mobile” innovasiya yarışması olan "Microsoft Imagine Cup” müsabiqəsinin milli təsnifat mərhələsinə start verildiyini elan etdilər.
"Microsoft Imagine Cup” dünyada tələbələr arasında keçirilən ər iri müsabiqələrdən biridir. Azərbaycanda ilk dəfə keçiriləcək müsabiqənin milli təsnifat mərhələsi 23 aprel 2015-ci ilədək davam edəcək. Müxtəlif təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən müsabiqə "Oyunlar”, "İnnovasiyalar” və "Dünya vətəndaşlığı” kateqoriyalarından ibarət üç istiqamət üzrə təşkil edilib. 16 yaşı tamam olmuş tələbələr 4 nəfərdən ibarət komandalarda təmsil olunurlar.
Milli təsnifat mərhələsinin hər bir kateqoriya üzrə olan qalibləri cari ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal mərhələsində də uğur qazanmış iştirakçılar isə bu ilin iyul ayında ABŞ-ın Sietl şəhərində təşkil ediləcək sonuncu – final mərhələsində Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər. "Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri $50,000, $10,000 və $5,000 dəyərində pul mükafatına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün orijinal bir oyun düşünərək "Microsoft Windows” oyun platformlarında tətbiq etmək, innovativ proqram layihəsi təqdim etmək və yaxud "Microsoft” texnologiyaları bazası üçün çağdaş dövrün çətin problemlərini çözə bilən əlavə prototipi tərtib etmək lazımdır. Müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrə innovativ düşüncə qabiliyyətinin aşılanması və yerli istedadların üzə çıxarılmasıdır. İntellekt və zəkanın ön plana çıxdığı bu kimi intellektual müsabiqələrə dəstək verilməsi elm və təhsilə, tərəqqi və innovasiyalara hər zaman xüsusi önəm verən "Nar Mobile”-ın prioritetidir.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !