Sosial layihələrə xüsusi önəmlə yanaşan "Nar”
"Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər
üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil
operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli
şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların
cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və
eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner
modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların
peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da
artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin
Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim
olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək.
Qeyd edək ki, "Nar”ın "Təlim Məktəbi” layihəsi
nüfuzlu beynəlxalq müsabiqə olan "Eventiada IPRA Golden World Awards 2019”
müsabiqəsində "KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. "Nar”
bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun
illərdir ki, "Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata
keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !