“Nar” operatoru ADA universitetində keçirilmiş “Reinteqrasiya” seminarının baş sponsoru oldu

11:22 | 22.09.2015
“Nar” operatoru ADA universitetində keçirilmiş “Reinteqrasiya” seminarının baş sponsoru oldu

“Nar” operatoru ADA universitetində keçirilmiş “Reinteqrasiya” seminarının baş sponsoru oldu

Mobil operatorun nümayəndəsinin seminarda təqdim etdiyi müxtəlif müzakirələr gənclər tərəfindən maraqla qarşılandı

20 sentyabr 2015-ci il tarixdə ADA universitetində "Nar” mobil operatorunun baş sponsorluğu ilə "AIESEC Azərbaycan” tərəfindən "Reinteqrasiya” seminarı keçirildi. AIESEC tərəfindən bu yay həyata keçirilmiş "Global Citizen” proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində 6 həftəlik təcrübə qazanmış, müxtəlif layihələr üzrə komanda şəklində işləmış və xeyli dərəcədə fərdi inkişafa nail olmuş 92 tələbə gəncin öz təəssüratlarını bölüşdükləri açılış mərasimində "Nar” nümayəndələri də iştirak etdilər. ADA universitetində keçirilən tədbirdə çıxış etmiş "Azerfon” şirkətinin insan resursları üzrə aparıcı direktor Mətanət Babayevanın təqdim etdiyi müxtəlif müzakirələr gənclərin böyük marağına səbəb oldu.

Qeyd edək ki, "AIESEC Azərbaycan” tərəfindən reallaşdırılan "Fireflies”, "World for Kids” və "Talk Out Loud” layihələrinə qatılmış 30 xarici tələbə də tədbirdə iştirak edirdilər. Xarici tələbələri Azərbaycanda olduqları müddətdə qonaq edən ailələr də tədbirə qatılaraq, öz təəssüratlarını bölüşdülər. "Nar” operatorunun baş sponsorluğu ilə keçirilən seminara "AIESEC Azərbaycan” təşkilatının digər tərəfdaşları – Azərbaycan Respublikası Gənclər və idman nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondu, "GoldenPay” MMC və "EF Azerbaijan” də dəstək oldular.





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM