• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı
05.09.2024 13:23
Ən sərfəli mobil operator mövqeyini qoruyan "Nar” sosial layihələrə də dəstəyini davam etdirir. Belə ki, "Nar” 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. "Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova da çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb və qeyd edib: "Təhsilə yönəlik layihələrə dəstək olmaq, "Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.


"Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.


"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol