Mobil operator Bakıda keçirilən "World Summit Award” Böyük münsiflər heyətinin görüşündə tərəfdaş qismində iştirak edir
Hər zaman innovativ dəyişiklikləri alqışlayan "Nar” daha bir yenilikçi təşəbbüsə dəstək verdi. Belə ki, mobil operator 17-19 sentyabr 2015-ci il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN - İnnovasiyalar mərkəzinin və "ADA” Universitetinin təşkilatçılığı ilə Bakıda keçirilən "World Summit Award” Böyük münsiflər heyətinin ənənəvi görüşündə rəsmi tərəfdaş qismində iştirak edir. Bu görüşdə dünyanın müxtəlif bölgələrindən gələn beynəlxalq ekspertlər yeni rəqəmsal innovasiyalar və onların sosial təsiri barədə dəyərli fikirlərini bölüşəcəklər.
WSA startap müəllifləri, innovasiya təşəbbüskarları, təlimçilər, münsiflər, IT ekspertləri, hökümətlər və beynəlxalq təşkilatlardan ibarət qlobal bir təşkilatdır. Bu görüş BMT İnformasiya təhlükəsizliyi dünya sammiti çərçivəsində 2015-ci ilə dair inkişaf proqramını dəstəkləmək məqsədilə təşkil edilir. Görüşün əsas təşkilatçısı Avstriyada fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. WSA il ərzində 20-dən çox lokal, regional və qlobal səviyyəli görüşlərin, tədbirlərin və seminarların keçirilməsini nəzərdə tutur və gənc innovasiya təşəbbüskarlarını, habelə rəqəmsal yaradıcılığı təşviq edir. Sosial həyata güclü təsir edə bilən və dünyanın ən innovativ rəqəmsal həllərinin tanıdılması məqsədi daşıyan görüş, BMT modelinə uyğun olmaqla, fərqli, demokratik və son dərəcə rəqabətə davamlı bir mükafatlandırma sistemini ehtiva edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !