• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi

“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi
15.09.2017 15:45
"Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.

Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində "Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və qüsursuz olmasını təmin edir.

"HD-Voice” sayəsində "Nar” abunəçiləri üçün uzun telefon danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.

Mobil rabitə cihazı "HD-Voice” və 3G-ni dəstəkləyən istənilən "Nar” abunəçisi xidmətdən yararlana bilər.

Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.

Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən "Nar”-ın şəbəkəsi 6000-dən artıq baza stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan "Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan iki il ərzində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
İqtisadiyyat 15:09
Macarıstan iki il ərzində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
ABB mobile tətbiqində ABŞ istiqrazlarınainvestisiya imkanı!
İqtisadiyyat 14:30
ABB mobile tətbiqində ABŞ istiqrazlarınainvestisiya imkanı!

Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
İqtisadiyyat 11:59
Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:46
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
İqtisadiyyat 16:11
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 14:55
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
İqtisadiyyat 14:14
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
Orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 13:52
Orta aylıq əməkhaqqı artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol