Səfərdə olan abunəçilər 50%-dək rominq endirimi qazanacaqlar
Dekabr ayının 15-də "Nar” mobil operatoru öz abunəçiləri üçün rominq tariflərinə endirim kampaniyasına start verdi. Kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan "Nar” istifadəçiləri internetdən 50% endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40% endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki "Nar” istifadəçiləri Azərbaycana zəng edərkən 10% endirim fürsətindən də faydalanacaqlar.
15 yanvar 2016-cı il tarixədək davam edəcək biraylıq kampaniya bütün abunəçiləri əhatə edəcək. Rominqdə olarkən, 50%-dək internet və 10% zəng endirimi fürsətləri qış səfərinə çıxmış "Nar” istifadəçilərinə öz səyahət təəssüratlarını bölüşmək üçün əlavə imkanlar yaradacaq.
Rominq zonaları və tariflər haqqında ətrafl məlumatı buradan öyrənə bilərsiniz: www.nar.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !