Nardaran qəbiristanlığında silah-sursat tapıldı

16:33 | 21.11.2020


Nardaran qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən bildirilib ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan "F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Qeyd olunub ki, tapılan silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib.




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti