Nardaranda həlak olmuş sakinlərin meyitləri sabah qaytarılacaq

20:50 | 27.11.2015
Nardaranda həlak olmuş sakinlərin meyitləri sabah qaytarılacaq

Nardaranda həlak olmuş sakinlərin meyitləri sabah qaytarılacaq

Ötən gün Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri sabah qaytarılacaq.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Trend-ə bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. Sabah meyitlərin qaytarılacağı deyilib".

N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur: "Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM