Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə
tanınan "Nar”ın "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata
keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil
operator layihənin yekunu olaraq, "Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının
qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub.
Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə
diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.
Debat forumda çıxış edən "Nar”ın İctimaiyyətlə əlaqələr
və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib:
"Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən
bir məsuliyyətdir. "Nar” olaraq, hədəfimiz uşaqların təhlükəsizliyini təmin
etməklə yanaşı, valideynlərə və cəmiyyətə bu mühüm məsələlərdə dəstək olmaq və
hər bir uşağın daha təhlükəsiz rəqəmsal gələcəyini təmin etməkdir”.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !