Məhsul və xidmətlərini
hər zaman müştərilərinin tələblərinə uyğun şəkildə formalaşdıran "Nar”, abunəçilərinə ən sərfəli təkliflərdən olan
"Full” paketini təqdim etməkdədir. "Full” paketlərini seçən "Nar” abunəçiləri
internet və dəqiqə bonuslarını sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində istifadə etmədikləri bonusları
növbəti aya keçirə bilirlər. Azərbaycan mobil rabitə bazarında yalnız "Nar”
abunəçilərinin yararlana bildiyi "Çevir” xidməti isə "Full” istifadəçilərinə
ehtiyaclarına uyğun şəkildə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları
dəqiqələrə dəyişmək imkanı verir.
Özündə bol
danışıq, meqabayt və digər bonusları birləşdirən 6 müxtəlif "Full” paketi abunəçilərin
də marağına səbəb olub. Belə ki, tarifə qoşulanların sayı son bir ildə iki dəfə
artıb.
"Azerfon” şirkəti ("Nar” ticarət
nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
"Nar” ölkədə ilk dəfə olaraq
3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən
artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə
əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək
nəticəyə nail olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !