Səyahətsevərlər üçün sərfəli
rominq təklifləri ilə seçilən "Nar”, Yeni il ərəfəsində abunəçilərinin bayram
ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib. Belə ki, mobil
operatorun rəsmi "Instagram” səhifəsində 19
dekabr tarixinədək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili
Moskvada qarşılamaq imkanı əldə edəcək.
Müsabiqəyə qoşulmaq üçün
"Nar”ın "Instagram”
səhifəsinin hekayə bölməsində paylaşılan 5 suala düzgün cavab vermək lazımdır.
Qalib bütün suallara düzgün cavab vermiş istifadəçilər arasından təsadüfi üsulla
seçiləcək. Birinci yerin sahibi olan "Nar” abunəçisi dekabrın 31-dən yanvarın
6-dək davam edəcək səyahəti zamanı həm Moskvanın əsrarəngiz gözəlliyindən zövq
alacaq, həm də keyfiyyətli rominq xidmətindən yararlanacaq.
"Azerfon” şirkəti ("Nar”
ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
"Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası
ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !