Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur

23:09 | 25.05.2015
Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur

Narışkin Rusiya-Azərbaycan münasibətləri barədə: Heç bir problem yoxdur

Rusiyanın spikeri Elmar Məmmədyarovla görüşdü.

Rusiya və Azərbaycanın ikitərəfli münasibətlərində heç bir problem yoxdur, əməkdaşlıq çox yüksək səviyyədədir. 

Oxu.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Dumasının spikeri Sergey Narışkin Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşdə deyib. 

"Qeyd etmək istəyirəm ki, bizim ikitərəfli dövlətlərarası münasibətlərimizdə hər hansı bir problem yoxdur. Bizim qiymətləndirməmizə əsasən, onlar, həmçinin parlamentlərarası əlaqələr də olduqca yüksək səviyyədədirlər”, - Narışkin deyib. 

Dövlət Dumasının spikeri həmçinin azərbaycanlı həmkarlarını Böyük Dünya Müharibəsindəki Qələbənin70 illiyinə həsr olunmuş tədbirlərin təşkilində fəal iştirakına görə təşəkkür edib. 

O qeyd edib ki, Qələbə yalnız Azərbaycan, Rusiya və MDB ölkələri  üçün deyil, həmçinin bütün insanlıq üçün də qiymətlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM