"Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən cədvəlimə baxıram və burada olduqca maraqlı yerlər var, universitetdə tələbələrlə və daha sonra müxtəlif insanlarla görüşlər nəzərdə tutulub".
AzVision.az xəbər verir ki, bunu Azərbaycana səfər edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı və keçmiş NASA astronavtı Haydi Stefanişin-Payper deyib.
"Mən onlara necə astronavt olmağım, kosmosda nələrin baş verdiyi barədə danışacağam. Azərbaycana dünən Gürcüstandan gəlmişəm. Təşkilatçılar belə qərara gəldilər ki, biz təyyarə ilə yox, maşınla gələk. Buna görə mənim Azərbaycanın müxtəlif rayonlarını görmək imkanım oldu".
"Azərbaycanı hansı ulduz və ya planetlə müqayisə edərdiz?"
- Ümumiyyətlə, biz kosmosda olanda bu barədə düşünə bilmirik. Orada olan fəza fiqurları çox fərqlidir. Düzü, heç bir ölkəni kosmosda hər hansı ulduz və ya planetə oxşatmamışam.
- Qadın olaraq astronavt olmağın təməl sirləri nədir? Uğurunuzu nəyə borclusuz?
- ABŞ-da ümumiyyətlə gender bərabərliyinə üstünlük verilir. NASA-da qadın kosmonavtların sayı azdır. Buna əsas səbəb NASA-nın xüsusi şərtləridir. Texniki təhsil önəmlidir. Bundan başqa tarixdə çox az qadının kosmosa marağı olub. Artıq NASA 12 kosmonavt seçib, onların arasında qadınlar da var.
- Kosmosda olanda hansı hissləri keçirirdiniz??
- Mən təxminən 33 saat açıq kosmosda olmuşam. Bəzi eksperimentlər aparmışıq. Bizim orada elə çox vaxtımız olmayıb ki, hisslərimizi müşahidə edək. Kosmosa xüsusi avadanlıqlar quraşdırmaq üçün enirik. Çox qəribə hissdir. Yerə baxanda mavi iri şar görünür. Çox dəhşətli mənzərədir. Səmada stansiya inşa etmişik və orada insanlar yaşayır. Bu, böyük uğurdur.
Qeyd edək ki, Payper öz hekayəsini Azərbaycan ictimayyəti ilə bölüşəcək və xüsusilə texniki və riyazi sahələrlə məşğul olan gənc qadınlarla karyera və imkanlar barədə danışacaq.
Kapitan Payper həmçinin yerli gənclərlə Kürdəmir şəhərindəki Amerika Guşəsində görüşüb, Bakıdakı Amerika Mərkəzinə ziyarət edəcək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təqdimat keçirəcək və Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında görüşlər təşkil edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !