Hər bir ulduzun şüurlu həyatın mövcud olduğu ən azı bir planeti var.
Vaşinqtonda keçirilmiş konfrans zamanı ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertləri bildiriblər ki, Yerdən kənarda həyatın tapılmasına ən uzağı 20 il qalıb.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, NASA nümayəndələrinin ictimai dinləmələr zamanı bəyan etdiklərinə görə, Yerdən kənarda həyat 20 ilə tapılacaq. Yadplanetli canlılar Günəş sistemindən kənarda aşkarlanacaqlar.
Yerdən kənarda kəyatı tapmaqda astronomlara kosmik teleskop və qurğular yardım edəcək.
Massaçusets Texniki İnstitutunun professoru Sara Ziger Kainatın tədqiqatlarının bu yaxınlarda yüksək səviyyəyə çatacağını bəyan edib. Ulduz və planetləri müşahidə edən alimlər Yerlə eyni şəraitə malik olan planetləri müəyyən edəcəklər.
Alimlər qeyd ediblər ki, hər bir ulduzun həyatın mövcud olduğu ən azı bir planeti var. Məsələn, yalnız “Saman yolu”nda trilyona yaxın planet var. İşin həcminə baxmayaraq NASA alimləri əmindirlər ki, 20 il sonra yadplanetlilərlə kontakt mümkündür.
ANN.Az