NASA kosmik tədqiqatlar agentliyi dünya okeanının yeni təsvirlərini yayımlayıb.
NASA kosmik tədqiqatlar agentliyi dünya okeanının yeni təsvirlərini yayımlayıb. ANS PRESS-in məlumatına görə, agentliyin ekspertləri təsvirlərdə dəniz səviyyəsinin yüksəldiliyinə dair müşahidələr apardıqlarını bildiriblər.
Məlumata görə, son 20 il ərzində dünya okeanının səviyyəsi 10 santimetr yüksəlib. Alimlər qeyd ediblər ki, hazırda da bu proses davam edir. İqlimşünas Coş Uilisin sözlərinə görə, 1900-cü illərə qədər bu yüksəlmə il ərzində 1 millimetr idisə, indi bu rəqəm ildə 3 millimetr təşkil edir.
Coş Uilis buna səbəb kimi, qütblərdə buzlaqların əriməsini və istixana qazlarının atmosferə buraxılmasını göstərib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !