NASA gələn il Aya ilk uçuşu planlaşdırır

22:00 | 23.10.2021
Artemida" proqramı çərçivəsində Space Launch System (SLS) raket-daşıyıcısının və "Orion" kosmik gəmisinin Ay orbitinə ilk pilotsuz sınaq uçuşu 2022-ci ilin fevralına planlaşdırılır.

Bu barədə NASA nümayəndəsi Mayk Sarafin bildirib.

M.Sarafin qeyd edib ki, buraxılış pəncərəsinə ("Artemida" missiyası) gəldikdə, fevral ayında təxminən 15 günlük bir pəncərə planlaşdırır: "Əgər bu müddətin birinci yarısında raket buraxılarsa, missiya uzun müddətli missiya hesab olunacaq. Bu, təxminən altı həftə davam edəcək və bu müddət ərzində gəmi sonrakı enmə, həm də suya enməsinə hazırlaşmaq üçün retroqrad orbitdə daha çox vaxt keçirəcək". Onun sözlərinə görə, əgər ayrılmış müddətin ikinci yarısında raket buraxılışı keçirilərsə, missiya qısa müddətli sayılacaq və dörd həftə davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM