ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) yaxın vaxtlarda Marsa uçuş vaxtının iki dəfə azaldılmasına yönələn proqram hazırlamağı planlaşdırır.
Mütəxəssislərin fikrincə, bu, Qırmızı planeti fəth etmək üçün tələb olunan vaxtı xeyli sürətləndirəcək. Kosmik agentliyin mühəndisləri bu məqsədə prinsipcə yeni mühərriklərin hazırlanması sayəsində nail olmaq niyyətindədirlər.
Hazırda mühərriklərin layihələndirilməsi ilkin mərhələdədir. Bundan başqa, "NASA” yeni nəsil kosmik mühərriklərin yığılması ilə məşğul olacaq şirkətlə saziş imzalayıb. Bu, ABŞ astronavtlarının Marsa çatması vaxtını əhəmiyyətli dərəcədə qısaldacaq.
Bildirilir ki, kosmik gəminin mühərriki əvvəllər istifadə edilməyən yeni konstruksiyaya malik olacaq. Bu gün ilkin hesablamalara görə, Mars planetinə uçuş vaxtı müxtəlif optimistik proqnozlara əsasən təxminən 8 ay təşkil edir. Yeni nəsil mühərrikin hazırlanacağı təqdirdə Marsa uçuş vaxtı iki dəfə - 4 ayadək azalacaq, - "GlobalScience” yazır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !