Oxu.Az xəbər verir ki, belə nəticəyə Marsda gəzən Curiosity aparatından aldıqları məlumat əsasında gəliblər.
Aparatdan aparılan müşahidə 3,8 və 3,3 milyard il öncə Marsda uzun müddət su və göllərin olduğunu ehtimal etmək imkanı yaradır. Bunu Şarp dağı ətəyində yağıntı təbəqələrinə bənzər göl izləri sübut edir. Təhlillər bu təbəqənin yarım milyard il öncə yarandığını göstərib.
"Yəqin ki, Mars milyard illər öncə daha çox Yeri xatırladıb. Bizim vəzifəmiz daha yumşaq iqlimin necə mövcud olduğunu və suya nə olduğunu aydınlaşdırmaqdır”, - NASA-nın Mars Exploration proqramının aparıcı alimi Maykl Meyer mətbuat konfransında çıxış edərkən bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !