“BTQ” ölkəmizin nəqliyyat strategiyasına əhəmiyyətli çalarlar gətirəcək”.Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Böyük Britaniyanın nüfuzlu “The Business year” jurnalına müsahibə verib.Oxu.Az Yeni Azərbaycan partiyasının saytına istinadən xəbər verir ki, nazir müsahibəsində Azərbaycanın enerji siyasətindən danışıb, bunun daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini bildirib. N.Əliyev bu sahədə əldə edilən nailiyyətlərin dövlətin ümumi inkişafı kontekstindən nəzərdən keçirilməli olduğunu vurğulayıb.Müsahibədə müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyillərini Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən energetika naziri, ölkənin ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan enerji siyasəti ilə əlaqədar sualları cavablandırıb.Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən energetika naziri Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft-qaz kəmərlərinə əlavə olaraq, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini bildirib.Nazir müsahibəsində Trans-Anadolu boru kəmərinin (TANAP) çəkilməsi barədə qərarın Azərbaycanın regionun enerji mənzərəsini dəyişəcək böyük miqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisi olduğunu qeyd edərək, “Şahdəniz” konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin (TAP) seçilməsi barədə qərarın isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacağını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !