Natiq Əliyev: TAP üzrə işləri tezləşdirmək lazımdır

20:00 | 27.11.2015
Natiq Əliyev: TAP üzrə işləri tezləşdirmək lazımdır

Natiq Əliyev: TAP üzrə işləri tezləşdirmək lazımdır

Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin reallaşdırılması işlərinin necə getdiyinə daha çox diqqət ayırmaq və həmin işləri tezləşdirmək lazımdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ilin yazında TAP-ın fiziki tikintisinə başlanılacaq: "Bunun üçün bütün zəruri icazələr alınıb, sənədlər hazırlanıb, borular sifariş edilib. Hesab edirəm ki, TAP-ın tikinti layihəsinin reallaşdırılması işlərinin necə getdiyinə daha çox diqqət ayırmalıyıq və həmin işləri tezləşdirməliyik".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM