NATO: 500 türk hərbçisi Kosovaya gedib

NATO-nun əlavə qüvvələri Kosovaya gəlib.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, keçən həftə baş verən qarşıdurmalarda 30 sülhməramlının yaralanmasından sonra 5 iyun 2023-cü ildə NATO-nun əlavə qüvvələri Kosovaya gəlməyə başlayıb. "Türkiyənin 65-ci mexanikləşdirilmiş piyada briqadasının 500-ə yaxın hərbçisi NATO-nun qüvvələrinin əsas hissəsini təşkil edəcək. Türk batalyonu ilkin olaraq Sultan Murat Düşərgəsində yerləşdiriləcək və lazımi müddətdə Kosovoda yerləşdiriləcək. Lazım gələrsə, NATO ehtiyat qüvvələrinin əlavə bir batalyonu da yerləşdirilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 